İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Asim Cihadın dediyi kimi: “Qiymət müharibəsi istehsalçı ölkələrin maraqlarına cavab vermir”. Onun sözlərinə görə, Bağdad bazarlarda sabitliyi bərpa etməyə çalışır.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Martın 10-u Səudiyyə Ərəbistanın “Saudi Aramco” şirkəti aprel ayında neft istehsalını gündə 12,3 milyon barelədək artıracağını bildirdi. Bu, OPEC ölkələrinin neft hasilatının azaldılmasına dair müqavilədə razılaşdıqları normadan 26% çoxdur. Müqaviləyə görə, Səudiyyə Ərəbistanı gündə 9,7 milyon barel neft istehsal etməlidir. “Bloomberg” bunu krallıq ilə Rusiya arasında “neft müharibəsinin” başlamasına doğru daha bir addım adlandırır.
Martın 11-də Ər-Riyad “Saudi Aramco” nun neft istehsalını gündə 12 milyon bareldən 13 milyon barelədək artırmaq niyyətində olduğunu bildirmişdir. Bu xəbərin fonunda “Brent” markalı neftin qiyməti 4% artdı.
Rusiyanın Energetika Nazirliyi bildirir ki, Moskva qiymət müharibəsində iştirak etmir və onun əsas məqsədi “sabit bazardır”.
Xatırladaq ki, martın 6-sı OPEC üzvləri ilə Rusiya arasında keçirilən görüşdə tərəflər razılığa gələ bilməmişdilər. Bunun fonunda neftin qiyməti 30% ucuzlaşdı, dollar və avro məzənnəsi isə kəskin artdı. Rusiyanın proqnozlarına görə. 2020-ci ilin ikinci yarısında neftin qiyməti 40-45 dollara çatacaq.