Have a Question?
Klirinq – qiymətli kağızlar və maliyyə alətləri bazarında aparılan qarşılıqlı nağdsız hesablaşma sistemidir. Bir qayda olaraq, birjanın hesablama palatası və ya ticarət meydançasında yaradılan klirinq təşkilatı tərəfindən həyata keçirilir.
Klirinq sistemi bağlanmış sazişlər üzrə netto-mövqeni hesablamaq imkanı verir. Fərz edək ki, broker günün birinci yarısında beş səhm alıb və dərhal ikisini satıb. Günün ikinci yarısında daha beşini alıb və üçünü satıb. Ticarət sessiyasının sonunda onun yekun mövqeyi beş səhmə bərabər olur. Klirinq nəticəsində razılaşmaların bir qismi bağlanır və brokerin yekun mövqeyi beş səhm alması ilə nəticələnir. O, onların haqqını öz kontragenti olan ticarət palatasına ödəməlidir.
Bununla belə, həmin beş səhmin kiminsə alması üçün bu qiymətli kağızları ona kiminsə satması lazımdır. Nəticədə klirinq mərkəzi öz üzərinə heç bir risk götürmür, onun səhmlər üzrə təmiz mövqeyi sıfıra bərabər olur: o nəyi alırsa, – onu da verir. Açıq mövqelərin klirinq mərkəzi tərəfindən öz üzərinə götürülməsi prosesi novasiya adlandırılır.
Eyni zamanda bir sıra bazarlarda (qiymətlərin əhəmiyyətli dərəcədə qalxıb-düşdüyü bazarlar) klirinq mərkəzi iştirakçılardan alqıya, yaxud satqıya olan açıq mövqelərin miqdarına uyğun olaraq girov daxil etməyi tələb edir. Belə ödəməni depozit marja adlandırırlar. Gün ərzində mövqe bağlanmadığı halda, yenidən qiymətləndirmə aparılır. Əgər bu halda depozit marjanın ölçüsü azalırsa, hərrac iştirakçılarına fərqi ödəmək tələbi irəli sürülür. Və əgər artırsa, bu halda hesablarda azad pul qalığı qalır. Bu məbləğ variasiya marjası adlandırırlır.
Dünyada ən tanınmış klirinq mərkəzləri LCH.Clearnet təkcə birjalara deyil, həmçinin illik dövriyyəsi 348 trilyon dollar olan banklararası bazarın 50%-dən çoxuna xidmət göstərir.