14 C
Baku
Sunday, November 24, 2024

Niyə liderlər “edə bilmirəm” yerinə “etməyəcəyəm” deyirlər?

“EDGY Conversations” kitabının müəllifi olan Dan Waldschmidt, rədd cavabının formalarının təsirindən danışdı. 

“Edə bilmirəm” deməyin. “Etməliyəmmi” və ya “bilmirəm necə” kimi bəhanələr kifayətdir. 

Əgər özünüzə və dünyaya qarşı dürüstsünüzsə, “edə bilmədiyiniz” şeylərin çoxu əslində “etmək istəmədiyiniz” şeylərdir. 

“Edə bilmirəm” demək asandır. 

Edə bilmirsiniz, yoxsa bacarmırsınız? 

  1. Artıq çəkini ata bilmirsiniz, yoxsa pəhriz saxlamaq istəmirsiniz?
  2. Daha çox pul qazana bilmirsiniz, yoxsa üçün daha çox işləmək istəmirsiniz? 
  3. İş tapa bilmirsiniz, yoxsa onun sizi tapması üçün heç nə etmək istəmirsiniz?

Müvəffəqiyyət “nəyisə edə bilməyəcəyinizi” müəyyən etmək qabiliyyətindən asılı deyil, “etməyəcəyəm” söyləmək bacarığından asılıdır. 

“Etməyəcəyəm” ifadəsi çox güclüdür. O, bu və ya digər məsələyə aydınlıq gətirir. Vaxtınızı, diqqətinizi nəyəsə sərf etməkdən imtina etməklə, müstəsna güc əldə etmiş olursunuz. 

Buna baxmayaraq, adətən insanlar özlərini yavaşlatmağa qorxurlar, çünki özünə hər hansısa məhdudiyyət qoymaq qeyri-təbiidir. 

Düşünün, bu başqalarının daim sizinlə etdiyi bir şey deyilmi? Həyatınızda pis bir şey olduqda, geri çəkilməyə yer qoymursunuz? 

Müvəffəqiyyətli olmaq üçün güc lazımdır və siz bu gücü “etməyəcəyəm” ifadəsi vasitəsi ilə əldə edə bilərsiniz. Hər bir “etməyəcəyəm” in arxasında güclü iradə və istək dayanır. 

Qalib olmaq istəyi. İşləmək istəyi. Konsentrasiya olmaq istəyi. Keçmiş itkilərə baxmayaraq döyüşmək istəyi. 

Əgər nəyisə istəyirsinizsə, belə də olacaq. Lakin hər fürsətin sizin üçün eyni dərəcədə vacib olduğunu hesab etsəniz, həqiqətən də çox istədiyiniz şeyi əldən vermiş ola bilərsiniz. 

Bütün potensialınız ilə. Bütün imkanlarınız ilə. Bütün bunları emosional dayaq naminə qırağa atırsınız. 

Acı həqiqət budur: variantlar hər zaman müxtəlifdir. Həmişə belə olub. Siz hər zaman istədiyinizi edə bilərdiniz. 

Məhz bu səbəbdən “edə bilmirəm” və ya “etməli deyiləm”, “əmin deyiləm”, “bəlkə” və bu kimi digər ifadələr işlətmək mənasızdır. 

Sadəcə etmək istəmədiyiniz söyləyin. Etməyəcəyinizi söyləyin. 

Ürəyiniz istəmədiyi şeyləri etməyin

Özünüzdən möhtəşəmlik tələb edin. Elə planlayın ki, ən yaxşısı əlinizin altında olsun. Xəyyalarınızın arxasınca gedin. 

Bu istək sizin içinizdədir, çıxış yolunu gözləyir. Özünü sizə göstərmək imkanını axtarır. Lakin ən çox narahat olduğunuz şeydən başqa digər işləri etməkdən imtina etməsəniz, bunların heç biri baş verməyəcəkdir. 

“Etməyəcəyəm” deyin. Nəticədə daha çox şey əldə edəcəksiniz. 

Lakin “etməyəcəyəm” təkcə diqqətə deyil, düşüncə tərzinə də aiddir. “Etməyəcəyəm” – özünüz üçün qumun üzərində çəkdiyiniz xətdir. 

İstədiyimi əldə etməyənə qədər geri çəkilməyəcəyəm. İstədiyim nəticəni əldə etməyənə qədər işləyəcəyəm. 

Ailədən, münasibətdən və ya taleyimdən imtina etməyəcəyəm. Özümü təkmilləşdirməyə davam edəcəyəm. 

Şikayət etməyəcəyəm, cahil olmayacağam, öz səhvlərimə görə digər insanları barmaqla göstərməyəcəyəm və ya kainatın nəzarətimdə olmadığını israr etməyəcəyəm. 

Qaliblərin söz ehtiyatı başqadır. 

Onlar dünyanı fərqli başa düşürlər. Onlar dünya haqqında fərqli düşünürlər. Onlar fərqli davranırlar. 

Onlar nəyi etmək istəmədiklərini deyirlər. 

Qaliblər bunları edirlər:

  1. Əslində, siz düşündüyünüzdən daha çox işləyə bilərsiniz. Bunu bacara bilməyəcəyinizi düşünürsünüzsə, çox güman ki, cəhd göstərmirsiniz. 
  2. Əslində, bir şeyi düşündüyünüzdən daha çevik öyrənə bilərsiniz. Bunu bacara bilməyəcəyinizi düşünürsünüzsə, çox güman ki, cəhd göstərmirsiniz. 
  3. Əslində, başqalarına daha çox vaxt xərcləyə bilərsiniz. Bunu bacara bilməyəcəyinizi düşünürsünüzsə, çox güman ki, cəhd göstərmirsiniz. 
  4. Əslində, arzularınız daha böyük ola bilər. Bunu bacara bilməyəcəyinizi düşünürsünüzsə, çox güman ki, cəhd göstərmirsiniz.
  5. Əslində, düşündüyünüzdən daha cəsarətli ola bilərsiniz. Bunu bacara bilməyəcəyinizi düşünürsünüzsə, çox güman ki, cəhd göstərmirsiniz.
  6. Əslində, sərhədlər düşündüyünüzdən daha geniş ola bilər. Bunu bacara bilməyəcəyinizi düşünürsünüzsə, çox güman ki, cəhd göstərmirsiniz.
  7. Əslində, düşündüyünüzdən daha dərin “qaza” bilərsiniz. Bunu bacara bilməyəcəyinizi düşünürsünüzsə, çox güman ki, cəhd göstərmirsiniz.
  8. Əslində, yorğunluğa qarşı daha dayanıqlı ola bilərsiniz. Bunu bacara bilməyəcəyinizi düşünürsünüzsə, çox güman ki, cəhd göstərmirsiniz.
  9. Əslində, düşündüyünüzdən daha çox gülümsəmək olar. Bunu bacara bilməyəcəyinizi düşünürsünüzsə, çox güman ki, cəhd göstərmirsiniz.

Həmişə düşündüyünüzdən daha çox etmək olar. 

Lakin cəhd etməsəniz, bunu heç vaxt öyrənə bilməyəcəksiniz. 

Bəzən bu cəhd çətinliyə düşməyiniz, məğlub olmağınız deməkdir. Özünüzü toplamalı və olmaq istədiyiniz yerə qayıtmalısınız. 

Və bunu özünüz üçün etməsəniz, niyə kimsə buna layiq olduğunuza inanmalıdır?

Özünə inanmaq önəmlidir, o bizə hər şeyə əvvəldən başlamağa kömək edir. 

Çox güman ki, ilk addımı atanda nə qədər yaxşı olduğunuza heyran qalacaqsınız. Onda niyə başlamayasınız ki?

İstəyinizə çatmaq üçün mübarizəni davam etdirməyə, qorxusuz və diqqətli olmağınıza mane olan nədir?

Son xəbərlər
Digər xəbərlər