Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev, sətəlcəm xəstəliyi aşkarlanması ilə əlaqədar olaraq, Milli Təhlükəsizliyin Dövlət Komitəsinin istintaq təcridxanasından stasionar müalicə üçün xəstəxanaya köçürülüb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Eyni zamanda, Qırğızıstanın Baş nazirinin müavinlərindən biri olan Erkin Asrandiyevə Covid-19 diaqnozu qoyulub, bu barədə Operativ Qərargaha istinadən TASS agentliyi məlumat verib. Bildirilir ki, xəstəlik yüngül keçir və hökumət başçısı distant işləməyə davam edir.
Bundan əlavə, xəstə ilə əlaqəsi olan hökumət aparatının rəhbəri Taalaybek Temiraliyev, mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, nəqliyyat və yol naziri Janat Beyşenov və ədliyyə naziri Marat Camankulov karantinə alınıb.