12 C
Baku
Saturday, November 23, 2024

“Günay Sığorta”nı daha bir şirkət məhkəməyə dəvət edir – Müqaviləyə əməl etmir

Azərbaycanda əsasən Çin istehsalı olan avtomobillərin satışını həyata keçirən “Sirena” MMC sığorta şirkəti ilə bağlı məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, avtomobil satışını həyata keçirənin şikayət  etdiyi artıq uzun müddətdir məhkəmələrdə adı daha çox hallanan “Günay Sığorta” ASC-dir.

Sirena Motors 2013 ci ilin sentyabr ayinda yaradılıb. Şirkət Çinin 7 nəhəng avtomobil zavodu ilə əmakdaşlıq edir və onların Azərbaycanda yeganə və rəsmi distribyutorudur. Bunlar CHANGAN, GAC, BAIC, MG, JAC, ZX AUTO və FAW-dır.

“Günay Sığorta” ilə mübahisəsi isə sığorta müqaviləsi üzrə mübahisələrdir. Yəni sığortaçı müqavilələrdən əmələ gələn öhdəliyini yerinə yetirmir.

Ümumilikdə son bir ildəki tarixə nəzər saldıqda “Günay Sığorta”nın istər fiziki, istərəsə də hüquqi şəxslərlə bu çəkişmələri digər sığorta şirkətləri ilə müqayisədə daha çox gözə çarpır. Buna misal olaraq, “Car Rent Baku” şirkəti rəhbəri 2019-cu ildə bu “Günay Sığorta” ilə KASKO sığorta müqavilə bağlanmasına rəğmən, qəza edəndə sığorta hadisəsinə görə ödəniş etmək isitəmirlər, fırladırlar, yorduqlarını bildirmişdi.  Lakin, şirkət rəhbəri redaksiyamıza “Günay Sığorta”nın “məhkəmənin səsini eşidəndən” kimi ödəniş öhdəliyini qarşılamağa hazır olduğunu demişdi. Ödəmişdi də.

Hətta sığorta şirkəti ilə eyni bazarda çıxış edən “AXA MBASK” belə 2020-ci ilin ilk rübündə bu sığorta şirkəti ilə çəkişməyə görə məhkəməyə müraciət etmişdi.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildən sığorta bazarında fəaliyyət göstəriri. Nizamnamə kapitalı 7,7 milyon manat olmaqla, səhmləri iki fiziki şəxs – Yeganə Şirinova (71,94% ) və Mahmud Məmmədova (28,06%) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər