“Böyük beşlik” – “Facebook”, “Amazon”, “Apple”, “Microsoft” və “Alphabet” (FAAMG) – 2019 ildə 900 milyard dollar qazanıb və bu, G20 təşkilatına daxil olan dörd ölkənin ÜDM-sini üstələyir.
Müqayisə üçün, FAAMG-nin gəliri ÜDM-nin həcminə görə Səudiyyə Ərəbistanı və Hollandiyanı geridə qoyaraq 18-ci yer tutardı.
Hər beş şirkətin gəlir strukturuna nəzər salaq.
Amazon
Amazon – amerikan şirkətdir, elektron kommersiya platformaları və bulud hesablamaları sahəsində dünyada birinci yerdədir.
– Gəliri 281 milyard dollardır.
– Gəlirin 69%-i ABŞ-da generasiya olunur.
– Xalis mənfəəti 11,6 milyard dollardır.
– Kapitallaşması 1,44 trilyon dollardır.
Apple
Apple – amerikan korporasiyadır, fərdi və planşet kompüterlər, audiopleyerlər, telefonlar və proqram təminatının istehsalçısıdır.
– Gəliri 260 milyard dollardır.
– Gəlirin 45%-i ABŞ-da, 22%-i Avropada və 27%-i Çində generasiya olunur.
– Xalis mənfəəti 55,2 milyard dollardır.
– Kapitallaşması 1,58 trilyon dollardır.
Alphabet
Google – amerikan transmilli korporasiyadır, 2015-ci il 15 oktyabr tarixində “Alphabet” konqlomeratına çevrilib. İnternet-axtarış, bulud hesablamaları və reklam texnologiyalarına sərmayə qoyur.
– Gəliri 162 milyard dollardır.
– Gəlirin 46%-i ABŞ-da, 31%-i EMEA-da (Avropa, Yaxın Şərq və Afrika) generasiya olunur.
– Xalis mənfəəti 34,3 milyard dollardır.
– Kapitallaşması 1,02 trilyon dollardır.
Microsoft
Microsoft – Windows əməliyyat sistemi ailəsinin inkişaf etdiricisidir, müxtəlif növ hesablama avadanlıqları – fərdi kompüterlər, oyun konsolu, mobil telefon və digər cihazlar üçün proqram təminatını istehsal edən ən böyük çoxmillətli şirkətlərdən biridir.
– Gəliri 126 milyard dollardır.
– Gəlirin 51%-i ABŞ-da generasiya olunur.
– Xalis mənfəəti 39,2 milyard dollardır.
– Kapitallaşması 1,56 trilyon dollardır.
Facebook – dünyanın ən böyük sosial şəbəkələrindən biridir.
– Gəliri 71 milyard dollardır.
– Gəlirin 45%-i ABŞ-da, 24%-i Avropada generasiya olunur.
– Gəlirin 98,5%-i Facebook Ads-ın (sosial şəbəkələrdə reklam) payına düşür.
– Xalis mənfəəti 18,5 milyard dollardır.
– Kapitallaşması 665 milyard dollardır.