9 C
Baku
Thursday, December 12, 2024

Koronavirus pandemiyası Hesablama Palatasının işini ləngidib

Bu ilin I yarısında Hesablama Palatası 2-si monitorinq, 2-si analitik fəaliyyət və 18-si audit formasında olmaqla 22 kənar dövlət maliyyə nəzarətinin başlanılması ilə bağlı qərar qəbul edib.

Bu barədə quruma istinadən xəbər verilir.

Məlumata görə, koronavirus (COVID-19) pandemiyası səbəbindən xüsusi iş rejiminin tətbiqi Hesablama Palatasının nəzarət fəaliyyətinin təşkilinə təsir göstərib, 2020-ci ilin yanvar-iyun aylarında bir sıra audit tədbirlərinin başa çatdırılmasını ləngidib. Hesabat dövründə 2-si monitorinq və 7-si audit olmaqla 9 nəzarət tədbirinin nəticələri Kollegiyada müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Nəticələri ilə bağlı qərar qəbul edilmiş 7 audit tədbirinin 4-ü uyğunluq növü, 3-ü isə maliyyə və uyğunluq növü birgə tətbiq edilməklə həyata keçirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər