Donald Tramp ABŞ-dakı prezident seçkilərini təxirə salmağı tələb edib. Banker.az xəbər verir ki, bu barədə ölkə başçısı öz “Twitter” səhifəsində yazıb.
“2020-ci ildə poçt vasitəsi ilə keçiriləcək səsvermənin (bülletenlər olmadan) nəticələri tarixin ən saxtalaşdırılmış seçkiləri olacaq. Bu, ABŞ üçün böyük rüsvayçılıqdır. Bəlkə, insanların sakit və təhlükəsiz bir şəkildə səs verə bilməsini təmin etmək üçün seçkiləri təxirə salaq?”, – prezident yazıb.
Xatırladaq ki, ABŞ-ın 59-cu prezident seçkiləri noyabrın 3-nə təyin edilib. Demokratları Cozef Bayden, respublikaçıları isə Donald Tramp təmsil edəcək.
Bildirildiyi kimi, hal-hazırda ABŞ koronavirusun yayılmasında dünyada birinci yerdədir: ölkədə 4,5 milyon insan yoluxub, onlardan 2,2 milyonu sağalıb və 154 mini dünyasını dəyişib.