ABŞ Beyrutdakı partlayışdan sonra Livana 17 milyon dollar ayıracaq.
Banker.az xəbər verir ki, bu barədə amerikan səfirliyin “Twitter” səhifəsində deyilir.
“ABŞ avqustun 4-də baş verən partlayışdan sonra yardım məqsədi ilə Livana 17 milyon dollar ayıracaq”, – deyə diplomatik nümayəndəlik bildirib.
Xatırladaq ki, avqustun 4-də Livanın Beyrutdakı limanında güclü partlayış vaş verib. Hadisə nəticəsində 154 insan dünyasını dəyişib, 5 mindən çox insan yaralanıb, 300 mindən çox insan isə evsiz qalıb.