16 C
Baku
Wednesday, May 8, 2024

Meksikada nazir koronavirusa yoluxub

Meksikanın Energetika naziri Rasio Nale koronavirus infeksiyasına yoluxub.

Bu barədə nazir özünün “Twitter” səhifəsində yazıb. O bildirib ki, koronavirus testinin nəticələri müsbət çıxıb.

“COVID-19-a yoluxduğuma görə özümü evdə ətrafdan təcrid etmişəm. Şükürlər olsun ki, özümü yaxşı hiss edirəm, simptomlarım yoxdur, tövsiyə olunan müalicəni alıram”.

Qeyd edək ki, Meksika hökumətinin bir sıra üzvləri, o cümlədən Maliyyə və Dövlət Kredit naziri Arturo Herrera da koronavirusa yoluxmuşdu. Lakin onların hamısı müalicə olunaraq sağalıb.

MənbəReport.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər