9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın 7 ayda ən çox hansı ölkələrə məhsul ixrac edib? – Siyahı

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları məlum olub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bəhs olunan dövrdə Azərbaycan ən çox məhsul İtaliyaya ixrac edib.

7 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliyadan sonra Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 2 milyard 933,2 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 709,5 milyon dollar, Rusiyaya isə 430,8 milyon dollar olub.

34

Son xəbərlər
Digər xəbərlər