Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin müddəti uzadılıb.
UNİAN-ın verdiyi xəbərə görə, qərar bu gün Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul olunub.
Ölkədə “adaptiv model” formatında tətbiq olunan karantin müddəti noyabrın 1-dək uzadılıb.
Avqustun 1-dən Ukraynada tətbiq olunan adaptiv karantin modeli ölkənin regionlarındakı epidemioloji vəziyyətdən asılı olaraq bütün bölgələri dörd – “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalara bölüb.
Epidemioloji zonaların hər birində müxtəlif karantin məhdudiyyəti tətbiq olunur. Ən yumşaq qadağalar”yaşıl” zonada, ən sərt qadağalar isə “qırmızı” zonaya daxil olan bölgələrdə tətbiq olunur.