10 C
Baku
Tuesday, October 29, 2024

Həkim koronavirusa yoluxmuş Trampın vəziyyəti haqqında danışıb

ABŞ prezidenti Donald Tramp, koronavirusa yoluxmasına baxmayaraq vəzifələrini icra etmədə davam edə bilər. Banker.az xəbər verir ki, bu barədə onun həkimi Şon Konli məlumat verib.

“Bu gün axşam prezident Donald Tramp və ABŞ-ın birinci xanımı Melaniya Tramp koronavirus testini verdilər. Nəticə müsbət oldu. Buna baxmayaraq, prezident və onun xanımı özlərini yaxşı hiss edirlər və Ağ Evdə qalmağı planlaşdırırlar”, – deyə Konlinin açıqlamasında deyilir.

“Əmin ola bilərsiniz ki, prezident vəzifələrini icra etməyə davam edəcək”, – həkim əlavə edib.

Son xəbərlər
Digər xəbərlər