ABŞ prezidenti Donald Trampın üç gün ərzində koronavirus infeksiyasından müalicəsi 100 min ABŞ dollarından çox baha başa gəlib.
Bu barədə məlumat “The New York Times” tərəfindən yayımlanıb.
Nəşrin hesablamalara görə, vəsait yeni koronavirus üçün aparılan testlərə, müxtəlif antikor əsaslı dərmanların istifadəsinə xərclənib. Bura onun “Uoltir Red” Tibb Mərkəzində yerləşdirilməsi daxil deyil.
Standart tibbi sığortaya aid olmayan prosedurlar və ya gözlənilməz xərclər də daxil olduqda müalicəyə xərclənən vəsait əhəmiyyətli dərəcədə artır.