10 C
Baku
Tuesday, October 29, 2024

Çin qlobal COVAX mexanizminə qoşulub

Çin COVAX beynəlxalq peyvənd mexanizminə qoşulmaq üçün GAVI (Peyvənd və immunizasiya üzrə qlobal alyans) ilə müqavilə imzalayıb. Xatırladaq ki, COVAX mexanizmi koronavirus peyvəndi əldə olunduqdan sonra bütün ölkələri peyvəndlə təmin etməyi hədəfləyir.

Banker.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

“Bu, Çinin COVID-19 peyvəndini qlobal ictimai xeyir halına gətirmək vədini yerinə yetirməsi üçün atdığı vacib bir addımdır”, – deyə Çin Xarici İşlər Nazirliyinin veb-saytından deyilir.

Xatırladaq ki, hal-hazırda COVAX mexanizminə dünyanın 170 ölkəsi qoşulub. Bundan əlavə COVAX 2021-ci ilin sonuna qədər təxminən 2 milyard doza istehsal etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər