7 C
Baku
Thursday, December 12, 2024

Bayden: “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil”

ABŞ prezidentliyinə ən real namizəd Co Bayden Qarabağ münaqişəsi barədə danışıb.

Xarici KİV-ə istinadən xəbər verilir ki, Bayden Tramp administrasiyasını məsələyə laqeyd yanaşmaqda, Azərbaycan və Ermənistan liderlərinə zəng etməməkdə ittiham edib. Onun fikrincə, münaqişənin hərbi yolla həlli də mümkün deyil.

“Ermənistan Qarabağ ətrafındakı rayonları qeyri-müəyyən müddətə qədər saxlaya bilməz. Türkiyə və İran isə münaqişədən kənar qalmalıdırlar”- deyə açıqlamada deyilir.

Xatırladaq ki, Co Bayden 2008-2016-cı illərdə ABŞ-ın vitse-prezidenti olub. O qarşıdan gələn seçkilərdə qələbəyə Donald Trampdan daha şanslı namizəddir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər