10 C
Baku
Thursday, December 12, 2024

Bu dövlət Azərbaycanın ən çox mal satdığı ölkələrdən birinə çevrildi – Sürətlə irəliləyir

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əsas on beş ticarət tərəfdaşı ilə ümumi dəyəri 12 234 mlrd. ABŞ dollarına yaxın ixrac əməliyyatları həyata keçirib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu il 2019-ci ildə olduğu kimi, İtaliya Azərbaycanın əsas ixrac partnyoru olub. Onun ardınca Türkiyə, Rusiya və Xorvatiya gəlir.

Ötən ilin müvafiq dövründə siyahıda 15-ci yerdə olan Xorvatiya 2020-ci ilin sentyabr ayında 8-ci yerə, oktyabrda isə 4-cü yerə qalxıb.

Cari ilin yanvar-sentyabr aylarında isə Azərbaycanın Xorvatiyaya ixracı 368 457 min dollar ikən, yanvar-oktyabr ayında isə ixracın miqdarı 448 808 min dollar oldu.

Ötən ilin eyni dövründə isə Azərbaycanın Xorvatiyaya ixracı 306 206 min dollar təşkil edib.

Cari ilin 10 ayında Azərbaycanın ixracında əsas ölkələrin reytinqi:

11

Son xəbərlər
Digər xəbərlər