“Azərsu ” Açıq Səhmdar Cəmiyyət iki şirkətlə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Azelmaş” Elmi texniki firması və “TP Trading” MMC-dir.
“Azelmaş” Elmi texniki firması ilə bağlanmış müqavilədə Nasosların təmir işləri üçün zəruri olan ehtiyat hissələrin satın alınması nəzərdə tutulur. Müqavilənin ümumi məbləği isə 4 231 580 manatdır.
“TP Trading” MMC ilə bağlanmış müqavilə isə Dalma nasoslarının satın alınmasından ibarətdir. Bu müqavilənin məbləği isə 925 816 manatdır.
İki müqavilənin cəmi məbləği isə 5 157 396 manatdır.