Xüsusi karantin rejiminin ölkə üzrə tətbiqinin sosial iqtisadi təsirləri var. Əvvəlki dövrlərdə olduğu kimi, bu dövrdə də 600 min nəfərə 190 manat birfdəfəlik maliyyə yardımı göstəriləcək.
Bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş xüsusi tədbirlər planına uyğun olaraq zərərçəkmiş sahibkarlara da müvafiq yardımlar göstəriləcək.