Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, sərəncamda bildirilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2020-ci il.
Qeyd edək ki, Zeynalov Namiq Rəsul oğlu Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2018-ci il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.