“Bu gün gələcəyə baxarkən azad edilmiş torpaqların inkişaf edilməsi ilə bağlı öz fikirlərimizi ortaya qoyuruq. Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatı zamanı söyləyib.
“Əminəm ki, bizim türk qardaşlarımızın yardımı ilə buna nail olacağıq. Bu gün artıq konkret layihələr haqqında danışdıq: yol, dəmir yolu, infrastruktur layihələri. Bütün bu layihələrdə Türkiyə və Azərbaycan şirkətləri birgə iştirak edəcəklər. Bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcək”, – o qeyd edib.