10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda dizel yanacağı istehsalı azalıb

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 809.4 milyon manat olmaqla, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1.8 faiz azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft məhsullarından neft bitumunun istehsalı 51.5 faiz, sürtkü yağlarının istehsalı 9.7 faiz, avtomobil benzininin istehsalı 2.3 faiz artıb, dizel yanacağının istehsalı 1.6 faiz, ağ neftin istehsalı 14.6 faiz, neft koksunun istehsalı 17.9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 27.3 faiz, yanacaq mazutunun istehsalı 50.7 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər