8 C
Baku
Friday, December 13, 2024

Gürcüstanda yeni nazirlik yaradıla bilər

“Gürcüstanda mədəniyyət üzrə ayrıca dövlət qurumu olmalıdır”.

Bunu ölkənin təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsini icra edən Mixeil Çxenkeli parlamentdə dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, hakim komandada Mədəniyyət Nazirliyinin yaradılması ilə bağlı müzakirələrə artıq başlanılıb: “Ölkəmiz üçün mədəniyyət xüsusi əhəmiyyət kəsb etdiyindən Mədəniyyət Nazirliyi ayrıca mövcud olmalıdır”.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi Təhsil və Elm Nazirliyinə birləşdirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər