“2021-ci ildə Gürcüstan operativ, taktiki kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları alacaq”.
Bu barədə ölkənin müdafiə naziri vəzifəsini icra edən İrakli Qaribaşvili parlamentdə dinləmələr zamanı bildirib.
O deyib ki, manevr və artilleriya bölmələri müasir uçuş texnikaları ilə təchiz olunacaq, radioelektron və kəşfiyyat-müşahidə aparat və vasitələri hazırlanacaq.
İ.Qaribaşvili gələn il müasir daşınan zenit-raket sistemlərinin də alınmasının planlaşdırıldığını qeyd edib.