Fransa çərşənbə günü İngiltərə ilə yükdaşımalarını bərpa etməyi planlaşdırır.
Banker.az xəbər verir ki, bu barədə Fransanın baş naziri Jan Kasteks və İngiltərənin nəqliyyat naziri Grant Sheppsə istinadən “Bloomberg” bildirib.
Baş nazirin sözlərinə görə, yükdaşımaları 23 dekabrdan bərpa edilə bilər. Eyni zamanda Fransa səlahiyyətliləri koronavirus testi mənfi olan Avropa Birliyi sakinlərinə İngiltərəni tərk etməyə icazə verəcəklər. Qeyd edək ki, keçən həftə sonu İngiltərə ilə nəqliyyat əlaqələrini qadağan etmək qərarı qəbul edildikdən sonra, La-Manş sahillərində təxminən 3 min yük maşını qalmışdır.
Sürücülərin test verməsini təşkil etmək üçün İngiltərə hərbiçiləri və Milli Səhiyyə Xidməti Kent qraflığında bir neçə tibbi məntəqə quracaqlar. Bu qayda minimum olaraq yanvarın 6-na kimi davam edəcək.







