7 C
Baku
Wednesday, March 11, 2026

Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Səfirin XİN-ə dəvət olumması Türkiyənin iri banklarının Gürcüstanın işğal altında olan Abxaziya bölgəsində xidmətlər göstərməyə başlamasına dair yayılan məlumatlarla bağlı olub.

F.C.Yazqan bildirib ki, XİN nümayəndələri ilə məsələni müzakirə edib: “Türkiyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və işğal altında olan ərazilərdə maliyyə xidmətlərinin göstərilməsinə heç zaman razılıq verə bilməz”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər