Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 0,562 mln. barel azalaraq 499,534 mln. barel təşkil edib.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 3,19 mln. barel azalacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.