Türkiyə Mərkəzi Bankından lirəni qorumaq üçün daha bir sərt addım

Türkiyə Mərkəzi Bankının (TCMB) pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Bnker.az bildirir ki, iclasda uçot dərəcəsi 2 faiz bəndi artıraraq 15 %-dən 17%-ə çatdırılıb.

Mərkəzi Bank-ın açıqlamasında inflyasiya göstəricilərinə dair rəqəmləri artımı ehtimalları nəzərə alınmaqla atıldığı bildirilir.

Qeyd edək ki, ölkənin milli valyutası son ildə 30% ətrafında xarici valyutalara qarşı ucuzlaşıb. TCMB-nin yeni rəhbəri də bundan sonra da inflyasiya rəqəmləri nəzərə alınmaqla addımların atılacağını demişdi.

Mərkəzi Bank son iclasda daha bir “radikal” addımla uçot dərəcəsini 4.75% bəndi artırmışdı.

TCMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0.75 % azaldılaraq 12%-dən 11.25 %-ə, fevralın 19-da keçirilmiş iclasında 11.25 %-dən 10.75 %-ə, martın 17-də keçirilmiş iclasında 10.75 %-dən 9.75 %-ə, aprelin 22-də keçirilmiş iclasında 9.75 %-dən 8.75 %-ə, mayın 21-də keçirilmiş iclasında isə 8.75 %-dən 8.25 %-ə endirilib, sentyabrın 24-də keçirilmiş iclasında 8.25 %-dən 10.25 %-ə, noyabrın 19-da keçirilmiş iclasında isə 10.25 %-dən 15%-ə qaldırılıb.

Mərkəzi Bankın inflyasiya sorğuları nə deyir?

Gözlənti Ehtimal Proqnoz Hədəf
2020-nin sonu 11.8% 10.5% 12.1% 5%
2021-in sonu 8%             9.4% 5%

 

Göründüyü kimi üzümüzə gələn 2021-ci il üzrə Türkiyədə inflyasiya proqnozunun hədəfdən yuxarı qaldığı nəzərə çarpır.

 

Son xəbərlər
Digər xəbərlər