1 C
Baku
Saturday, December 14, 2024

İran ABŞ-ı vaksinlərin alınmasında maneələr yaratmaqda günahlandırır

İran prezidenti Həsən Ruhani ABŞ-ı Tehrana koronavirusa qarşı peyvəndlərin alınmasında maneələr yaratmasına görə tənqid edib. Bu barədə İRNA agentliyi bildirib.

“ABŞ bizə vaksinlər, dərmanlar və ərzaq, həmçinin xaricdən almaq istədiyimiz başqa malların idxalında problemlər yaradır”, – o bildirib.

Ruhani həmçinin əlavə edib ki, “amerikalılar Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) qorxudub”.

“Sizə necə etibar etmək olar? Siz oğurluqla məşhur olursunuz”, – o qeyd edib.

Ruhani vurğulayıb ki, İran koronavirusa qarşı öz vaksinini yaratmağa çalışır. Rəsmi Tehran həmçinin xarici vaksinləri də almaq istərdi.

ABŞ-ın Con Hopkins Universitetinin məlumatına görə, İranda koronavirusa 1 194 963 yoluxma aşkar edilib, 54 574 insan ölüb.

Son xəbərlər
Digər xəbərlər