3 C
Baku
Saturday, December 14, 2024

Səudiyyə Ərəbistanı koronavirusa görə ölkəyə giriş qadağasını uzatdı

Səudiyyə Ərəbistanı koronavirusun mutasiya etməsi xəbərindən sonra ölkəyə giriş qadağasını uzadıb.

Banker.az xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb. Xatırladaq ki, dekabrın 21-də Səudiyyə Ərəbistanı bir neçə ölkədə müəyyən edilmiş mutasiyalardan sonra beynəlxalq uçuşların dayandırıldığını, dəniz və quru sərhəd keçid məntəqələrinin isə bağlandığını elan edib.

Oman və Küveyt də Səudiyyə Ərəbistanından nümunə götürərək, eyni addımı atmaq qərarına gəlib.

“Fövqəladə hallar istisna olmaqla, beynəlxalq uçuşların dayandırılması, eləcə də krallığın dəniz və quru sərhədlərindən keçmək qadağası bir sıra ölkələrdə yeni koronavirus növünün aşkar edilməsi səbəbindən bir həftəyə uzadılır”, – mesajda deyilir.

Qeyd edək ki, bu qadağa yüklərin daşınmasına aid deyil, eyni zamanda Səudiyyə Ərəbistanının vətəndaşı olmayanlar təyyarə ilə ölkəni tərk edə biləcəklər.

Pandemiya başlayandan Səudiyyə ərəbistanında 362.2 min yoluxma qeydə alınıb, onlardan 353 min nəfər sağalıb, 6 185 nəfər isə dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər