ABŞ hakimiyyəti gələn il dünyada Rusiyanın təsir dairəsinə qarşı mübarizəyə 290 milyon dollar ayırıb.
TASS xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın təsdiqlədiyi 2021-ci il üzrə dövlət büdcəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, bu vəsait Rusiyanın dünyada demokratik təsisatlara qarşı etimadsızlıq hallarını təbliğ etməsinin qarşısının alınmasına xərclənəcək. Vəsaitin bir hissəsi ABŞ hökumətinin maliyyələşdirdiyi “Amerikanın səsi” və “Azadlıq/Azad Avropa” radio stansiyalarının işinə ayrılacaq.
Vəsaitin bir qismi isə Avropa İttifaqı, Avrasiya və Mərkəzi Asiya ölkələrinin hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələrinin potensialını gücləndirməyə və təhlükəsizlik sahəsində əməkdaşlığa sərf olunacaq.
Bundan başqa, ABŞ gələn il Çinin dünyada təsir dairəsinə qarşı mübarizə məqsədi ilə 300 miyon dollar vəsait ayırıb.