Erik Emerson Şmidt 27 aprel 1955-ci ildə Vaşinqtonda dünyaya gəlib. Onun uşaqlığını çətin adlandırmaq olmaz. Onun atası kifayət qədər pul qazanacaq dərəcədə uğurlu iqtisadçı idi. Bu səbəndən də Erik mükəmməl təhsil almışdı. Başlanğıc olaraq o Virciniya ştatında Yorktaun məktəbini bitirmiş, bundan sonra Priston Universitetini və Berklidə Kaliforniya Universitetini bitirmişdir.
Erik Şmidt ilk fəaliyyətinə Xerox Palo Alto şirkətində başladı. O dövrün ən məşhur şirkətlərindən birində o araşdırma mərkəzində işləyirdi. Xerox-dan başqa o Bell və Zillog kimi şirkətlərdə də tədqiqatçı olaraq fəaliyyət göstərib.
80-ci illərdən başlayaraq Erikin fəaliyyəti bir qədər dəyişildi. O daha çox inzibati vəzifələrə üz tutmağa başladı. 1983-cü ildə o Sun Microsystems şirkətində Software Manager vəzifəsində işləməyə başladı. Bu vəzifədə o bir çox yeniliklərə imza atmağı bacardı və dünyaca məşhur proqramlaşdırılma dili Java onun tərəfindən yaradıldı. Uğurlu fəaliyyəti sayəsində onu Sun şirkətinin texnologiyalar üzrə baş meneceri təyin etdilər. Lakin 1997-ci ildə o buranı tərk edərək Novell şirkətində baş icraçı direktor vəzifəsinə düzəldi.
Əlbəttə Novell-də iş Erik Şmitdə maraqlı gəlirdi, belə ki, bu texnologiya bazarında lider mövqeyə sahib kifayət qədər perspektivli şirkət idi.
Bununla yanaşı, direktorlar şurası 2001-ci ildə Erik Şmidtə belə bir tapşırıq verdi: belə ki, o şirkət üçün alıcı tapmalı idi. Hələ axtarış mərhələsində olarkən Şmidt bir neçə dəfə Google şirkətinin yaradıcıları olan Sergey Brin və Larri Peyc ilə görüşür. Nə qədər ziddiyyətli görünsədə, Şmidt yeganə CEO idi ki, Larri və Sergeylə müsahibələr aparmış və onların hörmətini qazanmışdı.
Təəccüblü deyil ki, 2001-ci ildə Şmidt Novell şirkətini Cambridge Technology Partners-ə satdıqdan sonra Google şirkətində CEO vəzifəsini tutdu. Qeyd edək ki, Larri və Sergey bu zamana qədər öz şirkətləri üçün icraçı direktor axtarırdılar.
Onun Google-da özünə rahatlıqla yer tapması bir mənada onun gənclik illərindən texnologiya ilə maraqlanması ilə bağlıdır. O Larri və Sergeylə çox asanlıqla dil tapırdı. Bunun ardınca çətin iş başladı. Bu zaman şirkətin təsisçiləri axtarış sisteminin inkişaf etdirilməsinə, yeni məhsulların hazırlanmasına böyük diqqət yönəldərək, şirkətin gündəlik işləri və maliyyə məsələləri ilə maraqlanmırdılar. Məhz bu işlə şirkəti start-updan ciddi təşkilata çevirən Erik Şmidt məşğul olurdu. O bunu bacarırdı.
Lakin onun şirkətdə gördüyü işlər bununla bitmədi. Erik Şmidt Googl-a ilk gəldiyi vaxt güzəştli şərtlərlə şirkətin böyük bir səhm paketini əldə etdi. Daha sonradan, Google şirkətinin baş meneceri həmçinin Apple şirkətinin direktorlar şurasının üzvü də oldu.