8 C
Baku
Thursday, December 12, 2024

Böyük Britaniya hökuməti biznesə dəstək üçün 6.2 mlrd. dollar ayıracaq

Böyük Britaniya hökuməti biznesə dəstək üçün 4.6 milyard funt sterlinq (6.2 milyard dollar) ayıracaq. Bununla səlahiyyətlilər koronavirus pandemiyasının səbəb olduğu tənəzzülün nəticələrini azaltmaq istəyirlər.

banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, pərakəndə satış və istirahət sektorundakı şirkətlərə 9 min funt sterlinq (12 226 dollar) həcmində vəsait ayrılacaq. Bu, dövlətə 4 milyard funt sterlinqə (5.43 milyard dollar) başa gələcək.

“Bu, müəssisələrə önümüzdəki aylarda “sağ çıxmağa” və ən əsası iş yerlərini qorumağa kömək edəcək. İşçilər pandemiya bitəndən sonra işə qayıtmağa hazır olmalıdırlar”, – deyə İngiltərə Maliyyə Nazirliyinin rəhbəri Rişi Sunak söyləyib.

Xatırladaq ki, yanvarın 4-də Böyük Britaniyada rekord sayda yoluxma halı qeydə alınıb – 58 784 nəfər. Ölkənin baş naziri Boris Conson karantin rejiminin yenidən bərpa edildiyini açıqlayıb. Yeni sərt qaydalara görə, insanlara fövqəladə hallar xaricində evdən çıxmaq qadağan edilib.

“JPMorgan” analitikləri 2021-ci ilin ilk üç ayında Böyük Britaniyada istehsalın 2.5% azalacağını proqnozlaşdırırlar. Qeyd edək ki, ilk karantin rejimi İngiltərədə 2020-ci ilin yazında tətbiq edilib, noyabrda isə ölkədə yeni növ koronavirus aşkarlanıb.

Con Hopkins Universitetinin məlumatına görə, pandemiya başlayandan bəri İngiltərədə 2 721 622 yoluxma qeydə alınıb. Ölkə yoluxanların sayına görə dünyada beşindi yerdədir. Ümumilikdə indiyədək koronavirusdan 75 547 nəfər ölüb.

Son xəbərlər
Digər xəbərlər