Almaniyanın federal və regional hökumətləri ümummilli sərt məhdudlaşdırıcı tədbirlərin 31 yanvar tarixinə qədər uzadılması barədə razılığa gəldiklərini bildiriblər.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ölkənin kansleri Angela Merkelin sözlərinə görə, yoluxma dinamikası hələ də yüksək səviyyədədir. Bundan əlavə, kansler koronavirusun “ingilis” mutasiyası ilə “ehtiyatlı” siyasətə ehtiyac olduğunu qeyd edib.
“Dekabr ayında verdiyimiz qərarı 31 yanvar tarixinə qədər uzatmaq istəyirik və bəzi məqamlarda onları sərtləşdirməliyik”, – deyə siyasətçi vurğulayıb.
Beləliklə, 16 dekabrdan bəri qüvvədə olan rejimə daha bir məhdudiyyət əlavə olunacaq. Əvvəllər iki ailəni təmsil edən beş nəfərədək görüşlər təşkil etmək mümkün idi, indi isə belə görüşlər yalnız iki nəfərin iştirakı ilə keçirilə bilər.
Qeyd edək ki, Almaniyada noyabrın 2-dən bəri koronavirusun yayılması ilə mübarizə çərçivəsində məhdudlaşdırıcı karantin rejimi tətbiq olunub. Dekabrın 16-dan etibarən məhdudlaşdırıcı tədbirlər bir qədər sərtləşdirilib: qeyri-ərzaq mağazaları və gözəllik salonları bağlanıb, iclaslara məhdudiyyətlər tətbiq olunub.