23 C
Baku
Friday, September 20, 2024

Zaman və pul – Qeyts və Slimin bir dəqiqəsinin dəyəri nə qədərdir?

Yeni bir avtomobil almaq üçün Bill Qeytsə cəmi bir neçə dəqiqə işləmək kifayət edir.

Hələ lap uşaqlıqdan bizə öncə evdə valideynlər, daha sonra məktəbdə müəllimlər, sonra isəuniversistet pedaqoqlar ı izah etməyə çalışırlar ki, zaman çox dəyərli bir məfhumdur. Mən isə həmişə bu iddianı olduqca abstrakt, hətta mübahisəli bir fikir kimi xatırlayırdım.

Axı, əgər sən vaxtının çox hissəsini gözləməyə sərf edirsənsə və bir dəqiqlik uğur yaşantıları isə onları qazanmaq üçün sərf edilən illərlə təkrarlanan hərəkətlər ilə müqayisə belə gəlməz həddədirsə, onda zamanın hansı dəyərindən söhbət gedə bilər?

Əgər pul gəlirləri haqqında danışsaq, onda razılaşın ki, “bahalı” anlayışı ilə il ərzində 10-12 min dollar məbləği tutuşdurmaq olduqca çətindir.

Amma hamını özünə görə mühakiməetmək (vəya öz arşınınla ölçmək), bu bilərəkdən özünü əlacsız axmaqlar cərgəsinə yazmaq deməkdir. Bəs nə vaxtsa, Forbes siyahısında yer alan zənginlərin nə qədər qazandığı haqqında düşünmüşünüz?

Mən bu sualı özümə vermək qərarına gəldim, rəqəmlər olduqca maraq doğurur.

Deyəndə ki, planetin ən zəngin insanın sərvəti 74 milyard dollarla hesablanır, bu məbləği qiymətləndirmək real olaraq mənim gücüm daxilində deyil.

Mənim üçün bu həddindən artıq bahadır, amma praktiki baxımdan beyin haqqında təsəvvürü olmadığı bir məlumatı qəbul edə bilmir. Fərqi anlamaq üçün, müqayisəni daha qısa zaman kəsiyi ərzində qazanılmış nisbətən xırda məbləğlər arasında aparmaq lazımdır. Təbii ki, bütün bu müqayisələr nisbi xarakterlidir.

Beş il əvvəl Forbes ekspertləri dünyanın ən tanınmış zənginlərinin bir dəqiqə ərzində qazancları hesablamaq üzərində baş sındırmağa başlayırlar. Həmin dövrdə milyarderlər yarışında liderlik Bill Qeytsə məxsus idi və onun bir dəqiqə ərzində qazancları $6, 659 min dollara, saniyə ərzində qazancı isə $160 dollara bərabər idi.

Bu müddət ərzində Bill Microsoft-dakı işlərindən uzaqlaşmağa macal tapır və zənginlər siyahısındakı liderliyini meksikalı Karlos Slim Eluya güzəştə gedir. Lakin o vaxtdan bəri, o, öz dəqiqəsinin dəyəri yarım dəfə artırmışdır.

Ötən ilin nəticələrinə görə, Qeytsin qazancları 5 milyard dollar təşkil etmişdir, müvafiq olaraq onun hər dəqiqəsinin dəyəri $9,507 min dollar təşkil edir. Deməli bir neçə dəqiqə işlədin, artıq yeni avtomobil ala bilərsən, nə endirimə, nə də kreditə ehtiyac qalmır. Bir nağıl kimi…

Bu gün planetin ən zəngin insanı olan Karlos Slim üçün isə qeyri adi dərəcədə məhsuldar olan il 2010-dur, həmin il ərzində Karlos 20 milyard dollar qazanmışdı.

Təsəvvür edin ki, o zaman o bir dəqiqə ərzində $38,026 min dollar qazanırmış. Təsəvvür edin ki, Slimin bir dəqiqədəki qazancı əldə etmək üçün bizə neçə illər lazımdır?

Ötən il isə Zara brendinin yaradıcısı Amansio Orteqa üçün həddindən artıq uğurlu olmuşdur. Onun illik gəliri $6 milyard dollar təşkil etmişdi. Bu isə dəqiqədə $11,407 min dollara bərabərdir. Oracle korporasiyasının yaradıcı Larri Ellisonun bir dəqiqəsinin dəyəri təxminən bu göstəriciyə yaxın idi.

Forbes siyahısında 3-cü yerdə olan Uorren Baffetin gəlirləri isə nəzərə çarpacaq – $6 milyard dollar qədər azalmışdı. Amma bu o demək deyil ki, onun dəqiqəsinin heç bir dəyəri yoxdur. Əksinə. O, cəmi bir neçə saat ərzində $3,5 milyon dollar qazanıb. eBay auksionunda məşhur investorla nahar etmək üçün məhz bu qədər pul ödəmişlər.

Belə bir təsirləndirici rəqəmlərin arasında dünyanın ən zəngin idmançısı-boksçu Floyd Meyvezerin gəlirləri nədənsə çox cuzi təsir bağışlayır –dəqiqədə 162 dollar.
İndi isə göydən yerə enmək vaxtı yetişdi. Bəlkə özünüzüz 1 dəqiqə ərzində nə qədər qazandığınızı hesablayasınız. Əgər rəqəm size çox məyis edirsə, bəlkə artıq nəyisə dəyişməyin zamanı yetişmişdir. Bu haqda ciddi fikirləşməyə dəyər.

Son xəbərlər
Digər xəbərlər