İsrail hökuməti koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən ölkədə iki həftəlik karantin tətbiq etməyə qərar verib.
Banker.az xəbər verir ki, bu barədə yerli “The Times of Israel” nəşriyyatı məlumat yayıb.
Bildirildiyi kimi, hökumət yanvarın 5-də sərt məhdudlaşdırıcı tədbirlərin lehinə səsə verib. Bununla da cümə axşamı günündən ölkədə bütün məktəblər və ikinci dərəcəli müəssisələr bağlanacaq.
“Biz rekord sürətlə yayılan qlobal epidemiyanın mərkəzindəyik. Bütün mütəxəssislərə görə, biz insanları xilas etmək üçün dərhal tam qapanma tətbiq etməliyik”, – deyə İsrailin baş naziri Binyamin Netanyahu öz “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, dekabrın 20-də ölkədə “Pfizer” və “BioNTech” peyvəndinin istifadəsinə başlanılıb. Dekabr ayının sonunda iki vətəndaşın koronavirus əleyhinə peyvənddən sonra öldüyü məlum olub: biri 75 yaşında, digəri – 88.
“Worldometers” portalının son məlumatlarına görə, ümumilikdə İsraildə 456 min