Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə azalıb.
API-nin proqnozlarına görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 1,66 mln. barel azalaraq 493,24 mln. barelə yaxın olub.
Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 1,5 mln. barel azalacağını gözləyirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.