«Hətta cənnətə düşmək istəyən insanlar belə, bundan ötrü ölmək istəmirlər».
«Təxminən bir il əvvəl, diaqnozlar mənim xərçəng xəstəsi olduğumu üzə çıxardı. Saat 7:30-da mən skan olunmuş şəkilləri aldım və o, aydın şəkildə mədəaltı vəzdə şiş olduğunu göstərirdi. Mən hətta mədəaltı vəzinin nə olduğunu bilmirdim. Həkimlər mənə dedi ki, bu, demək olar ki, xərçəngin sağalmaz bir növüdür. Mənim ömrümə üç-altı ay arası vaxt qalıb. Həkimim mənə məsləhət gördü ki, evə gedib işlərimi qaydaya salım, bu isə həkimlərin dili ilə desək, ölümə hazırlaşmaq anlamına gəlir. Bu o deməkdir ki, sən qarşıdakı 10 il ərzində öz övladlarına demək və vermək istədiyini yaxın iki-üç ay ərzində deməli və etməlisən. Bu o deməkdir ki, ailənin bu hadisəni mümkün qədər asan qəbul edə bilməsi üçün, hər şeyin yolunda getməsinə əmin olmalısan. Bu o deməkdir ki, vidalaşmalısan.
Mən bütün günü bu diaqnozla yaşadım. Daha sona bu axşam, mənə biopsiya etdilər – əvvəlcə endoskopu mənim boğazıma soxdular, daha sonra o mənim mədəmdən və bağırsaqlarımdan keçdi, iynəni mədəaltı vəziyə saldılar və bir neçə şiş toxuması götürdülər. Mən həmin zaman özümdə deyildim, amma orda olan və bütün bunları müşahidə edən həyat yoldaşım mənə dedi ki, həkimlər mikroskop altında toxumalara baxanda, qışqırmağa başladılar, çünki onlar deyirdi ki, məndə mədəaltı vəzi xərçənginin çox nadir növü aşkar edilib və o, cərrahi əməliyyatla müalicə oluna bilər. Məni əməliyyat etdilər və mən indi qaydasındayam.
Heç zaman ölümə belə yaxın, ölümlə üzbəüz dayanmamışdım və ümid edirəm ki, qarşıdakı on illər ərzində onunla belə yaxın qarşılaşmayacağam. Bütün bunlardan keçəndən sonra sizə bir şeyi bundan öncəyə nisbətən daha əminliklə deyə bilərəm, ölüm faydalı, amma təmiz uydurulmuş bir konsepsiyadır. Heç kəs ölmək istəmir. Hətta cənnətə düşmək arzusunda olan insanlar, bundan ötrü ölmək istəmir. Amma buna rəğmən ölüm – bizlərdən hər biri üçün təyinat məntəqəsidir. Hələ heç kəs, heç zaman ondan qaça bilməyib. Və belə də olmalıdır. Çünki, Ölüm bəlkə də, Həyatın ən yaxşı kəşfidir. O, Həyatın hərəkət səbəbidir. O, köhnələri təmizləyir ki, yenilərə yol açılsın. İndi yeni olan sizsiniz, amma nə vaxtsa (elə də çox qalmayıb), siz tədricən köhnələcək və sonra də təmizlənməyə məruz qalacaqsınız. Belə dramatizmə görə məni üzrlü sayın, amma bu sırf həqiqətdir.
Sizin zamanınız məhduddur, ona görə də onu başqasının həyatını yaşamaqla sərf etməyin. İnsanları digərlərinin fikirləri ilə yaşamağa məcbur edən stereotiplərin tələsinə düşməyin. Kənar fikirlərin səs-küyünün sizin daxili qəlbinizin pıçıltısını batırmağa imkan verməyin. Və ən vacibi, öz ürəyinizin səsi və intuisiyanıza güvənəcək qədər cəsarətli olun. Onlar hansısa üsulla, sizin əslində nə olmaq istədiyinizdən agahdırlar. Qalan hər şey isə ikinci dərəcəlidir».