6 C
Baku
Sunday, December 15, 2024

Səfir: “ABŞ şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında iştirak etməyə hazırdır”

“ABŞ şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında iştirak etməyə hazırdır”.

İqtisadiyyat nazirliyindən verilən məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı deyib.

Səfir xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Örl Litzenberger həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə təbriklərini çatdırıb, regionda dayanıqlı sülhün bərqərar olmasının önəmini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər