23 C
Baku
Saturday, August 23, 2025

Ermənistan hökuməti 750 mln. dollar avrobond buraxmağı planlaşdırır

Ermənistan hökuməti 10 il müddətinə 750 milyon ABŞ dolları məbləğində avrobond buraxmağı planlaşdırır.

“İnterfaks” agentliyi xəbər verir ki, qiymətli kağızların illik gəlirliliyinin 4,375-4,5% olması nəzərdə tutulub.

Bununla belə, investorların təkliflərindən asılı olaraq gəlirlilik göstəricisi 3,875-4%-ə endirilə bilər.

Emissiyanın təşkilatçıları ABŞ-ın “JP Morgan”, “Citi”, eləcə də Böyük Britaniyanın HSBC banklarıdır.

Xatırladaq ki, Ermənistan sonuncu dəfə 2019-cu ilin sentyabr ayında 10 il müddətinə 500 milyon dollar “borc alıb”. Həmin vaxt investorlara illik 4,2% gəlirlilik vəd olunub.

Son xəbərlər
Digər xəbərlər