2 C
Baku
Saturday, December 14, 2024

Ceyhun Bayramov Lavrovla Qarabağ razılaşmasını müzakirə etdi – Yenilənib

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Saat 14:02

Fevralın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“XİN başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Moskva razılaşmalarının həyata keçirilməsini, eləcə də ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər” – məlumatda deyilir.

Son xəbərlər
Digər xəbərlər