6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda elektrik enerjisi istehsalı düşdü

Azərbaycanda 2021-ci ilin ilk rübü ərzində 6 497.3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvar-mart aylarına olan statistik açıqlamasında qeyd edilir.

Elektrik enerjisinin istehsal həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0.1% azalıb.

Ölkədə ənənəvi və əsas elektrik istehsalı olan istilik elektrik stansiyalarından alınan enerjinin həcmi 6 037.1 milyon kVt/saat (-0.01%) olmuşdur.

Su elektrik stansiyalarından (SES) alınan elektrik enerjisnin həcmi 227.7 milyon kVt/saat olub, bu da öncəki illə müqayisədə 5.3% artım deməkdir.

Külək turbinlərinin hərəkəti nəticəsində əldə edilən elektrik enerjisinin həcmi 2021-ci ilin ilk rübündə 21.3 milyon kVt/saat olsa da, öncəki ildən 12% geri qalır.

Günəş panelləri vasitəsi ilə istehsal edilən elektrik enerjisinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə, bu il, sabit qalıb. Cəmi 8.7 milyon kVt/saat elektrik enerjisi əldə edilə bilib.

Bildirək ki, Azərbaycan bu ilin ilk 3 ayı ərzində xaricə 406.25 milyon kVt/saat elektrik enerjisi satıb ki, bu növ satışın ixrac dəyəri 16.15 milyon dollar təşkil edir. Elektrik enerjisinin həcmi öncəki illə müqayisədə 31 mln kVt/saat çox olsa da, dəyər baxımından elektriki bu il daha ucuz satdığından ixrac dəyəri 1.7 milyon dollar azdır.

Son xəbərlər
Digər xəbərlər