Böyük Britaniyanın Dərman və Səhiyyə Məhsullarını Tənzimləmə Agentliyi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tək dozalı “Johnson&Johnson” peyvəndinin istifadəsini təsdiqləyib.
Peyvəndin COVID-19-a qarşı 67 faiz effektiv olduğu bildirilib.
Bəzi araşdırmalara görə peyvənd xəstələnmə və ölümdən tam qorumada yüksək effekt daşıyır.
““Johnson&Johnson” tək dozalı peyvənd olduğu üçün qarşıdakı aylarda əhəmiyyətli rol oynayacaq”, – deyə Britaniyanın səhiyyə naziri Matt Hankok qeyd edib.