İyunun 2-də Bakıdakı “Qış parkı”nda yerləşən “50 qəpik – yemək bazarı” restoranı bağlanıb.
“Report”un əməkdaşları restorana gedərək obyektin bağlanma səbəbi ilə maraqlanıb.
Lakin restoranın inzibatçısı bağlanmanı “dezinfeksiya işlərinin aparılması” ilə izah etməyə çalışsa da, əsl səbəbi deməyib.
Restoranın icarədarla obyekt sahibi arasında olan mübahisəyə görə bağlandığı da iddia olunur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinindən isə bildirilib ki, obyektin bağlanmasının vergi orqanlarına hər hansı aidiyyatı yoxdur.
Qeyd edək ki, Bakıda “50 qəpik” brendi altında tanınan şəbəkəyə aid bir sıra restoranlar fəaliyyət göstərir.