“Tənəffüslə yoluxan bir çox xəstəliklərə yaxın təmasda olduqda yoluxmaq olar”.
Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva “Səyahət sağlamlığı” mövzusunda çıxışında deyib.
O bildirib ki, səyahət zamanı kütləvi yerlərə gedərkən, orada bir çox ölkədən insanların olduğunu nəzərə alaraq maska ilə qorunmaq çox yaxşı haldır.
Y. Qarayeva qeyd edib ki, yayda uşaqlarla səyahət zamanı xüsusi mazlar və məlhəmlər götürmək lazımdır: “Bu zaman mazın iyi həşəratları bədəndən uzaqlaşdırır”,-deyə o əlavə edib.