Kapital bazarında ən böyük dövriyyənin iştirakçısı olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin rəhbərinə yeni müavin təyin edilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Ruslan Xəlilov, “PAŞA Kapital İ.Ş.”nin direktorunun müavini təyin edilib.
R.Xəlilov 2018-ci ilin sentyabrından bu günə qədər “PAŞA Bank”da İnvestisiya bankçılığı departamentinin direktoru çalışırdı.
Hazırda investisiya şirkətinin direktoru isə Ceyhun Hacıyevdir.
Xatırladaq ki, “PAŞA Kapital İ.Ş.” 2012-ci ildə yaradılıb, 300 min manat nizamnamə kapitalına sahibdir. Yeganə səhmdarı “PAŞA Holdinq” MMC-dir.