Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta) İdarə Heyəti üzvlərindən biri vəzifəsindən ayrılıb.
Banker.az xəbər ki, Vüqar Yaşar oğlu Babakişiyev öz istəyi ilə şirkətin İdarə Heyəti üzvlüyündən gedib.
Bununla da “Azərsığorta”nın İdarə Heyəti üzvlərinin sayı dörd nəfərə düşüb.
V.Babakişiyev, bundan öncə “Günay Bank”ın rəhbərliyindən, daha əvvəl isə “Azərsığorta” çalışırdı.
Qeyd edə ki, bu sığorta şirkətinin sədri vəzifəsi vakantdır. O vəzifəni sədrin I müavini olan Hacıyev Aftandil Əsgər oğlu müvəqqəti əvəzləyir.
“Azərsığorta” 1994-cü ildə yaradılıb, 9 milyon nizamnamə kapitalına sahibdir. Səhmlərin 100%-i Azərbaycan hökumətinə məxsusdur. Ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir.