6 C
Baku
Sunday, December 15, 2024

Kuba 100% effektiv olan vaksin istehsal edib

Kubanın koronavirusa qarşı istehsal etdiyi “Abdala” adlı peyvənd 100%-lik effektivlik göstərib.

“Abdala” peyvəndi kliniki sınaqların üçüncü mərhələsində xəstəliyin ağır formalarına və ölümcül nəticələrə qarşı 100% effektivlik nümayiş etdirib.

Gen Mühəndisliyi üzrə Milli Mərkəzin direktoru Marta Ayala deyib ki, hazırda bu vaksinin effektivliyi ilə bağlı araşdırmanın hədəf kütləsini 300 min nəfərə qədər artırmağı planlaşdırırlar.

Qeyd edək ki, Kuba rəhbərliyi “Abdala” peyvəndinin təcili istifadəsi üçün razılıq verib. Bu peyvənd koronavirusun simptomatik yayılmasına qarşı 92,28% effektivlik nümayiş etdirəndə ölkə belə bir qərar qəbul edib.

“Abdala” peyvəndi üçtərkibli preparatdır. Belə ki, ilk peyvənd vurulduqdan 14 və 28 gün sonra digər dozalar vurulur.

Kuba, həmçinin “Soberana 02” adlı digər bir vaksin də istehsal edib. Bu preparatın iki dozasının effektivliyi 62% təşkil edir. ÜST-nin vaksinlər üçün təyin etdiyi baryer isə 50%-dir.

Son xəbərlər
Digər xəbərlər