17 C
Baku
Friday, May 3, 2024

ÜST: dünyada koronavirusdan ölüm sayı son həftədə 21% artıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son bir həftə ərzində dünyada koronavirusdan ölüm sayı 21% artıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qeyd edilir ki, ümumilikdə 3.8 milyon nəfər yoluxub və 69 mindən çox ölüm faktı aşkarlanıb.

Koronavirusa yoluxanlar arasında ölüm nisbətinin ən yüksək olduğu regionlara Cənub-Şərqi Asiya (21 min nəfər, 30% artım), Şimali və Cənubi Amerika (28 min nəfər, 29% artım) aid olunur.

Asiya-Sakit Okean regionunda artım 25%, Avropada isə 3% təşkil edib. Afrika (9%), Cənub-Şərqi Asiyada (7%) və Aralıq dənizi ətrafında (4%) göstəricilər aşağı düşüb.

Hal-hazırda koronavirusa yoluxma sayına görə ABŞ liderlik edir (500 332). Sonrakı sıralarda Braziliya (324 334), İndoneziya (289 029), Böyük Britaniya (282 920) və Hindistan (265 836) dayanır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər