9 C
Baku
Friday, December 13, 2024

Ukraynada kriptovalyuta ilə ödənişə icazə veriləcək

Ukrayna Ali Radası tərəfindən birinci oxunuşda qəbul edilmiş “Virtual aktivlər haqqında” qanun ölkədə ödəniş vasitəsi kimi kriptovalyutalardan istifadəni leqallaşdırır.

Bunu Ukraynanın rəqəmsal transformasiya nazirinin müavini Aleksandr Bornyakov bəyan edib.

Onun sözlərinə görə, kriptovalyutalarla ödənişi birbaşa deyil, vasitəçilərin xidmətlərindən yararlanmaqla həyata keçirmək mümkün olacaq. Bu zaman rəqəmsal pullar cari məzənnəyə uyğun şəkildə yerli valyutaya konvertasiya ediləcək.

Nazir müavini vasitəçi şirkətlərin fəaliyyətinin də sözügedən qanunla tənzimləndiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər